Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İrana qarşı mübarizədə ərazimizdən istifadə edilə bilməz''

''İrana qarşı mübarizədə ərazimizdən istifadə edilə bilməz''

Tarix: 8 Iyul 2023 08:48

İran hökumətinə müxalif olan Xalq Mücahidləri Təşkilatının Albaniya torpağından Tehran rejiminə qarşı mübarizə üçün istifadə etmək hüququ yoxdur.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Albaniyanın Baş naziri Edi Rama müsahibəsində deyib.

O, müxalif təşkilatın Albaniya hökuməti ilə bağladığı anlaşmanı pozduğunu, bu ölkədən İrana qarşı mübarizə mərkəzi kimi istifadə etdiklərini söyləyib.

Baş nazir 2016-cı ildə Xalq Mücahidləri Təşkilatının Albaniyaya köçürülmələrinə icazə verilməsini "insan həyatının xilas edilməsi əməliyyatı" adlandırıb.

"O zaman Mücahidlər Təşkilatının üzvlərinin İran hökuməti tərəfindən təqib edildiklərinə görə onların Albaniyaya sığınmalarına icazə verilib", - Edi Rama bildirib.

Qeyd edək ki, uzun illər ərzində İraqda məskunlaşan Xalq Mücahidləri Təşkilatının üzvləri Səddam Hüseyn hökuməti devrildikdən sonra Vaşinqtonla Albaniya hökuməti arasında razılaşma nəticəsində bu ölkənin ərazisinə köçürülüb.

İyunun 20-də isə Albaniya polisi Manez şəhərində yerləşən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahına basqın edib. Basqın zamanı Əbdülvahab Fərəcinejad adlı təşkilat üzvü ölüb, 100 nəfər bibər qazından zəhərlənib və 70 nəfər həbs edilib.


Etiketlər:  İrana qarşı mübarizədə ərazimizdən istifadə edilə bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ