Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya müharibənin 500 günündə qarşıya qoyulan heç bir məqsədə nail ola bilməyib - ARAŞDIRMA

Rusiya müharibənin 500 günündə qarşıya qoyulan heç bir məqsədə nail ola bilməyib - ARAŞDIRMA

Tarix: 9 Iyul 2023 10:54

Ukraynaya genişmiqyaslı müdaxilənin 500 günündə üç gün ərzində Kiyevi ələ keçirmək niyyətində olan Rusiya hərbçiləri qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıblar.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.

"Qətiyyətli və bacarıqlı Ukrayna müqaviməti", onların fikrincə, Ukraynaya işğal olunmuş ərazilərin bir çoxunu azad etməyə, təşəbbüsü ələ keçirməyə və cəbhə xəttinin əksər hissəsində əks-hücum əməliyyatları keçirməyə imkan verib. Eyni zamanda, gündəlik icmalın müəllifləri qeyd edirlər ki, Rusiya qüvvələri hazırda əsasən işğal olunmuş torpaqları saxlamağa çalışmağa yönəlib.

Ekspertlər bildirirlər ki, iyulun 8-də Ukrayna qoşunları cəbhənin azı üç sektorunda əks-hücum əməliyyatları keçirib. İyulun 7-də Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar Baxmutdan bir kilometrdən çox cənubda irəliləyiş barədə məlumat verib və Rusiya mənbələri Ukrayna hərbçilərinin Donetsk və Zaporojye vilayətlərinin qərb hissəsində hücum əməliyyatları keçirdiyini açıqlayıb. Ukrayna hərbi mənbələri Berdyansk və Melitopol istiqamətlərində hücum əməliyyatlarından danışıblar.

ISW hələ də hesab edir ki, əks-hücum Rusiya qüvvələrini taqətdənsalma və yavaş irəliləyişlə Ukraynanın döyüş gücünü saxlamaq məqsədi daşıyır.


Etiketlər:  Rusiya müharibənin günündə qarşıya qoyulan heç məqsədə nail bilməyib ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ