Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Tarix: 25 Oktyabr 2019 16:09

Bakı. Trend:

Oktyabrın 24-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ