Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2023 23:48
Vatsap sosial şəbəkəsində daha bir yenilik edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, tərtibatçılar birbaşa söhbət siyahısında filtrləməni aktivləşdirməyə imkan verən yeni funksiyanı sınaqdan keçirib. "Gizmochina"nın yaydığı məlumata görə, funksiya "Google Play"də beta test proqramı çərçivəsində 2.23.14.17 yeniləməsində mövcuddur.
Tətbiqin yeni versiyasının təsvirinə əsasən, funksiya söhbətlərin filtrlənməsini daha rahat etməyə yönəlib, çünki indi filtr düyməsi birbaşa söhbət siyahısında, hər bir söhbətdə isə ayrıca yerləşəcək.
Vatsap söhbət siyahısında üç filtr təqdim etməyi planlaşdırır. Onlar istifadəçilərə oxunmamış mesajlar, şəxsi söhbətlər və bizneslə bağlı söhbətlər əsasında söhbətlərini təşkil etməyə imkan verəcək.