Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Türkiyə ilə bacarmır, Britaniyadan yardım istəyir

Bayden Türkiyə ilə bacarmır, Britaniyadan yardım istəyir

Tarix: 10 Iyul 2023 08:16

ABŞ Prezidenti Co Bayden kaset sursatlarının Ukraynaya təhvil verilməsi qərarından narahat olduğu üçün Böyük Britaniyaya gedir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.

"Məlum olduğu kimi, prezidentin Londona səfəri iyunun 9-10-da nəzərdə tutulmuşdu. Amma o, sabah Baş nazir Rişi Sunakla görüşərək müxtəlif məsələləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə edəcək. Bayden tacqoyma mərasimindən sonra ilk dəfə Kral Çarlzla da görüşəcək. Amerika Prezidenti Türkiyənin İsveçin NATO-ya daxil olmasına icazə verməsinə dəstək üçün Sunaka müraciət edə bilər. Həmçinin, bu məsələ NATO-nun Litvada keçiriləcək sammitinin gündəliyinə düşə bilər - sursat ehtiyatlarının artırılması və müdafiə planlarının nəzərdən keçirilməsi ilə yanaşı..." - məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Bayden Türkiyə ilə bacarmır Britaniyadan yardım istəyir


RƏYLƏR