Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2023 14:00
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının təyyarələri NATO Sammitinin təhlükəsizliyinə xidmət edir.
Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi açıqlamasında qeyd olunub.
"Sammitdən əvvəl Türkiyənin havadan erkən xəbərdarlıq təyyarəsi (HIC) və KC-135R tanker təyyarəsi səmada öz yerini alıb. Hərbi təyyarələr sabah sammitin sonuna qədər NATO Müttəfiq Hava Komandanlığının hava missiyası əmrinə uyğun olaraq müşahidə uçuşları və yanacaq doldurma missiyalarını yerinə yetirəcək", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Türkiyədən Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın və Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qatılıb.