Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2023 01:24
Avropanın bir çox ölkələrini isti bürüyüb. Fransada bir sıra departamentlərdə narıncı - təhlükəli rejim elan edilib. Lionda bazar günü hava 38 dərəcəyə qədər istiləşib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Almaniyada istilik 38, Polşada 30 dərəcəyə qalxıb. İtaliyada da istilər artıb. İspaniya və Portuqaliyada da yaxın günlərdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılıb.
Həkimlər günorta günəşində çölə çıxmamağa və bol su içməyə çağırırlar.
Bundan başqa, istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq da edirlər. Sərinləmək üçün insanlar göllərə və çaylara qaçırlar. Amma günəş vurması, günəş yanığı ilə yanaşı, soyuq suya girərkən bədənin stressli vəziyyətə düşməsi də çox təhlükəlidir. Bu zaman bədən temperatur şoku alır. Bunun nəticəsi ölümcül ola bilər.
Qeyd edək ki, ötən il Avropada anomal istilərin təsiri nəticəsində 15 minə yaxın insan həyatını itirib.