Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2023 09:48
Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralı hərbçi hospitala yerləşdirilib.
Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.
Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.