Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gilasın bilmədiyimiz FAYDALARI - Bu meyvənin cəmi 100 qramı...

Gilasın bilmədiyimiz FAYDALARI - Bu meyvənin cəmi 100 qramı...

Tarix: 12 Iyul 2023 21:51

Həkim Mariya Voronenko yayda gilas yeməyin vacibliyinin səbəbini açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, yay mövsümündə qida rasionu vitamin, mineral və antioksidantların əvəzsiz qaynağı olan giləmeyvələrlə zənginləşir. 

Onun sözlərinə görə, xüsusilə gilasın istehlakı çox vacibdir:

"Çünki gilas orqanizm üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. Bu yay meyvəsi çox dadlıdır, qida dəyəri yüksəkdir, kalorisi azdır. Gilasın tərkibində çoxlu miqdarda C vitamini var, məlum olub ki, bu meyvənin cəmi 100 qramı orqanizmin gündəlik ehtiyacının 20 faizini ödəyir. C vitamini isə öz növbəsində bir sıra digər vacib funksiyaları yerinə yetirəcək, xüsusən də immunitet sistemini gücləndirəcək.

Bundan əlavə, gilas həzm sisteminin işini yaxşılaşdıran və bağırsaq mikroflorasının normallaşmasına kömək edən liflə zəngindir. Giləmeyvə həmçinin ürək əzələsini gücləndirən çoxlu kalium ehtiva edir və albalının tərkibindəki kumarinlər qan laxtalanmasının qarşısını alır, tromboz və digər ciddi xəstəliklər riskini azaldır".


Etiketlər:  Gilasın bilmədiyimiz FAYDALARI meyvənin cəmi qramı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ