Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə terakt ola bilər: Araiki öldürmək istəyirlər...

Xankəndidə terakt ola bilər: Araiki öldürmək istəyirlər...

Tarix: 14 Iyul 2023 11:48

Ermənistan Baş naziri Nikol Paşinyanın separatçıların "təhlükəsizlik şurasının keçmiş katibi" Vitali Balasanyanın nümayişkaranə şəkildə həbsi barədə tələbinin terrorçubaşı Araik Arutyunyan tərəfindən yerinə yetirilməsi səbəbindən bu gün Xankəndidəki mitinq zamanı terakt törədilə bilər.

Sonxeber.net Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Teraktın xarici ölkənin xüsusi xidmət orqanının erməni əhali arasındakı agentura şəbəkəsi vasitəsilə törədilə biləcəyi vurğulanır. Hücumu təşkil edəcək ölkənin adı çəkilməsə də, bunun Rusiya olduğu iddia edilir. Moskvanın xüsusən Balasanyanın həbsinə qəzəbləndiyi qeyd edilir.

Əsas hədəfin isə başda Araik Arutyunyan olmaqla, separatçıların "lider"lərini məhv etmək, qorxutmaq və ya güc nümayişi olduğu bildirilir.


Etiketlər:  Xankəndidə terakt bilər Araiki öldürmək istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ