Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2023 23:50
"Əgər bütün şərtlər yerinə yetirilərsə, dərhal razılaşmaya qayıdacayıq".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşündə deyib.
Putin "Taxıl sazişi"nin başlanğıcda humanitar əhəmiyyət daşıdığını, lakin Qərb ölkələrinin bu elementi tamamilə məhv etdiyini qeyd edib:
"Rusiyanın razılaşmaya qayıtmasının əsas şərti müqavilənin humanitar mahiyyətinin bərpasıdır. Əgər daha əvvəl razılaşdığımız bütün bu şərtlər yerinə yetirilsə və qarşılansa, dərhal razılaşmaya qayıdacayıq".
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Qara dəniz razılaşmalarının faktiki olaraq qüvvədən düşdüyünü bildirib.