Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 09:48
İranda qətllə nəticələnən sosial münaqişələr artıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı iranlı kriminalist və psixoloq Əli Nəcəfi Təvana istinadla xəbər verib.
Münaqişə və zorakılıq problemi barədə danışan ekspertin sözlərinə görə, insanların emosional halı, həmçinin psixoloji vəziyyəti son dərəcə gərginləşib: Adi maşın dayanacağı üstündə qətllər baş verir və bu hal adiləşib.
"Belə davam edərsə, daha dəhşətli hadisələrə şahid olunacaq. İnsanlar sadə məsələlərdən əsəbiləşirlər və qəzəblərini nümayiş etdirirlər", - deyə o vurğulayıb.