Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 10:04
Mərkəzi Bankın sədri Taleh Kazımovun iyulun 20-də Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Ekspert Qrupları ilə görüşü keçirilib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikro-biznes kreditlərinin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesablarının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib. Həmçinin, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.