Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Evədək optika” layihəsinin ikinci mərhələsinə başlanıb (FOTO)

“Evədək optika” layihəsinin ikinci mərhələsinə başlanıb (FOTO)

Tarix: 18 Aprel 2019 17:30

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək optika" layihəsinin ikinci mərhələsini reallaşdırır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Daha geniş multimedia xidmətlərindən yararlanması üçün istifadəçilər pulsuz internet avadanlıqlarıyla təmin olunurlar.

Bu da daha çox insanın bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəsi üçün imkan yaradır.

Həyata keçirilən işlər müasir tipli yaşayış kompleksləri ilə yanaşı, mövcud 9 mərtəbəli binaları da əhatə edir.

Hazırda paytaxtın Qaradağ rayonunda yerləşən Sahil qəsəbəsi, Lökbatan qəsəbəsi və “Qobu Park” yaşayış kompleksində, eləcə də Xətai və Yasamal rayonlarında rekonstruksiya işləri aparılır. Bu istiqamətdə tədbirlər mərhələli şəkildə digər əraziləri də əhatə edəcək. İlin sonunadək 144 minlik infrastrukturun yaradılması nəzərdə tutulur. Beləliklə, “Baktelecom” 75 min mənzilin optik şəbəkəyə texniki keçidini təmin edəcək.

Qeyd edək ki, Bakı şəhərində multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən “Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Texnologiya fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, videonəzarət və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ