Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2019 17:18
Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə çəkisi 52 qram olan psixotrop maddə - metamfetamin, 154 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 6 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkarlanıb.
Daha sonra vətəndaşın idarə etdiyi "Hyundaı Elantra" markalı nəqliyyat vasitəsinə gömrük baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda bir ədəd bükümdə təqribi çəkisi 0,5 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin