Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadını baltaladı, meyiti parçaladı, yandırıb meşədə basdırdı

Arvadını baltaladı, meyiti parçaladı, yandırıb meşədə basdırdı

Tarix: 24 Iyul 2023 15:12

Omsk vilayətində dəhşətli cinayət baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, yerli sakin arvadını öldürüb, sonra onun meyitini parçalara ayıraraq gizlədib.

İstintaqın məlumatına görə, itkin düşən qadının bacısı polisə müraciət edib. O, bildirib ki, qohumu gecə saatlarında əri ilə mübahisə etdikdən sonra evdən yoxa çıxıb. Polis və könüllülər qadını bir aya yaxın axtarıblar.

İtkin düşənin ərindən şübhələniblər. Onun mənzilinə baxış keçirən müstəntiqlər divanda yuyulmuş qan izlərini aşkar ediblər.

İstintaq zamanı o, əməlini etiraf edib və meyiti gizlətdiyi yeri göstərib. Məlum olub ki, o, qadını balta ilə öldürüb, daha sonra meyiti parçalayaraq yandırıb.

Şübhəli şəxs saxlanılıb, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Cütlüyün iki övladı qalıb.

Milli.Az


Etiketlər:  Arvadını baltaladı meyiti parçaladı yandırıb meşədə basdırdı


RƏYLƏR