Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tina Törnerin gəlini ölmüş ərindən övlad sahibi olmaq istəyir

Tina Törnerin gəlini ölmüş ərindən övlad sahibi olmaq istəyir

Tarix: 27 Iyul 2023 20:00

Mayda dünyasını dəyişən məşhur müğənni Tina Törnerin gəlini Afida Törner açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Afida 62 yaşında vəfat edən həyat yoldaşı, Tinanın oğlu Ronnidən övlad sahibi olmağa hazırlaşdığını deyib. Onun sözlərinə görə, Ronni 2022-ci ilin dekabrında kolon xərçəngindən dünyasını dəyişməzdən əvvəl spermalarını dondurub. Afida isə həkimlərin köməyi ilə hamilə qalmağa çalışacağını və uşağı tək başına dünyaya gətirəcəyini bildirib:

"Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, alınsa. İndi 46 yaşındayam, amma şanslar var. Baxaq görək necə olacaq".

Qeyd edək ki, Ronnidən başqa Tina ölümündən əvvəl böyük oğlu Kreyqi də itirib. Onun ölümünə səbəb intihar etməsi olub. Kreyqin hansı səbəbdən belə bir addım atdığı açıqlanmamışdı.

Mərhum müğənninin bioloji oğullardan başqa övladlığa götürdüyü iki oğlu da var.

Milli.Az


Etiketlər:  Tina Törnerin gəlini ölmüş ərindən övlad sahibi olmaq istəyir


RƏYLƏR