Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ordusu dünyanın ən güclü ordularından birinə çevriləcək - "The Defence Post"

Türkiyə ordusu dünyanın ən güclü ordularından birinə çevriləcək -

Tarix: 2 Avqust 2023 15:26

Türkiyə ordusu dünyanın ən güclü ordularından birinə çevriləcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə ABŞ-də nəşr olunan "The Defence Post" qəzeti yazır.

Qəzet Türkiyənin F-16 modernizasiya proqramı olan ÖZGÜR 2 layihəsini işıqlandıraraq, Türkiyə ordusunun sürətlə dünyanın ən güclü ordularından birinə çevriləcəyinə diqqət çəkib.

Nəşr Türkiyənin F-16 donanması üçün yerli təkmilləşdirmə proqramının ikinci mərhələsinə başladığını açıqlayıb.

"Türkiyə hərbi hava qüvvələrinin F-16 Blok-30/40/50 təyyarələri ÖZGÜR çərçivəsində modernləşdiriləcək və struktur cəhətdən təkmilləşdirəcək. Eyni zamanda, təyyarələrin struktur və avionik modernizasiyalarının əhatə dairəsi artırılacaq", - deyə qəzetdə yazılıb.

Qeyd edək ki, gagadget.com texnologiya agentliyi də Türkiyə müdafiə sənayesinin inkişafına diqqət çəkən qəzetlər arasındadır.

Milli.Az


Etiketlər:  Türkiyə ordusu dünyanın ən güclü ordularından birinə çevriləcək The Defence Post


RƏYLƏR