Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim sizin şəxsi məlumatlarınıza baxır? - "Yolverilməzdir"

Kim sizin şəxsi məlumatlarınıza baxır? -

Tarix: 2 Avqust 2023 20:48

"İstənilən şəxs "MyGov"a daxil olub "Sorğulanmış məlumatlarım" bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz  fərdi məlumatlarınıza baxıb. Bəzən isə burada hətta sizin şəxsi məlumatlarınıza baxanların uzun siyahısını görə biləcəksiniz".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri İT mütəxəssisi Osman Gündüz bildirib.

osman.jpg (66 KB)

Mütəxəssis bu prosesə özünün də təəccübləndiyini deyib:

"Hərdən mən özüm təəccüblənirəm ki, banklarda olanlar gecə-gündüz bilmədən dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün toplayırlar. Hansı ki, vətəndaşın razılığı olmadan bu, qanunsuzdur. Proses adətən belə baş verir. Qurumlar, banklar da bilir ki, vətəndaşın razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər. Odur ki, vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə qurumlar, banklar dərhal, vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı alırlar".

Osman Gündüz bunun yolverilməz olduğunu, qarşısının alınması üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yeni mexanizm hazırladığını bildirib:

"Qurum bir neçə hökumət portalını özündə birləşdirən Super Portal və onun əsasında mobil rəqəmsal cüzdan da hazırlayır. Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb. Bu prosesdə SİMA rəqəmsal imzadan istifadə imkanı da nəzərdə tutulub. Artıq vətəndaşın razılığı olmadan hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək. Yeri gəlmişkən, Super Portalda və cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsal sənəd" statusuna malik olacaq.

Bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı yeni standartlar hazırlanıb. RİNN açıqlama verib ki, bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi də  hazırlayıb və hökumətə təqdim edib. Hələlik bu yeni layihədən xəbər yoxdur".

Milli.Az


Etiketlər:  Kim sizin şəxsi məlumatlarınıza baxır Yolverilməzdir


RƏYLƏR