Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avroviziya''da dəhşətli anlar yaşadım'' - Nadirdən etiraf

''Avroviziya''da dəhşətli anlar yaşadım'' - Nadirdən etiraf

Tarix: 4 Avqust 2023 18:35

"Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli yarışma zamanı yaşadığı həyəcanlı anlardan danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Gündən-günə" verilişində deyib. O bildirib ki, yüksəklik qorxusu olduğu üçün, səhnədə həyəcanlı anlar yaşayıb:

"Uşaqlıq arzumu yaşayırdım. "Avriviziya" mənim arzum idi. Uşaqlıqdan güzgü qabağında məşq edirdim ki, yarışmaya getsəm nə edəcəyəm. Amma yenə də həyəcan yaşayırdım.

Bir də mənim yüksəklik qorxum var. Səhnə isə yüksək pilləkəndən ibarət idi. Pilləkənə çıxanda əsirdim. Mahnının zil nöqtəsində pilləkən aralanır, aşağıda isə su var. Təsəvvür edin, hər hecanın bir kamerası var. Hərəkətləri, sözləri yadda saxlamalıyam. Ürəyim döyünürdü, o qədər dəhşətli anlar yaşadım ki".

Milli.Az


Etiketlər:  Avroviziyada dəhşətli anlar yaşadım Nadirdən etiraf


RƏYLƏR