Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistandakı Rusiya hərbçiləri təlim keçirib

Ermənistandakı Rusiya hərbçiləri təlim keçirib

Tarix: 9 Avqust 2023 10:36

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin hərbi qulluqçuları təlim-məşq toplantısı keçirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlim-məşq toplantısı çərçivəsində yüksək dağlıq ərazilərdəki poliqonda kəşfiyyat və ərazidəki vəziyyətin monitorinqi tapşırıqlarını yerinə yetiriblər.

Poliqonda şərti çirklənmiş ərazilər lokallaşdırılıb, hərbçilər tərəfindən dezinfeksiya işləri aparılıb, şərti zərərçəkənlərə tibbi yardım göstərilib.


Etiketlər:  Ermənistandakı Rusiya hərbçiləri təlim keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ