Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2023 18:34
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına və baş katibə təqdim edilən hesabatda İranda artan edamlara son qoyulması və hicab qaydasının aradan qaldırılması tələb olunur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hesabatda həmçinin etirazlar zamanı saxlanılan, eləcə də narkotik cinayətlərinə görə məhkum edilənlər də daxil olmaqla, insanların edamının dərhal dayandırılması ilə bağlı İrana çağırış edilib.
İranın Norveçdə yerləşən insan haqları təşkilatının məlumatına görə, təkcə bu il 350-dən çox iranlı edam edilib. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.
Qeyd edək ki, İranda Məhsa Əmininin vitse-polis tərəfindən öldürülməsindən sonra ümummilli etirazlar fonunda edamların sayı daha da artıb.