Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İşığı söndürün, həyatım tort üfürəcək” yazılmış plakat asdı - Həbs edildi

“İşığı söndürün, həyatım tort üfürəcək” yazılmış plakat asdı - Həbs edildi

Tarix: 10 Avqust 2023 19:34

Nizami rayonu ərazisində yerləşən tuneldən "işığı söndürün həyatım tort üfürəcək" sözləri yazılmış plakat asılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı Şamil Məmmədov (ad-soyad şərti) plakatı yol hərəkətini tənzimləyən vasitələrin üzərindən asdıqdan sonra yolun ortasında dayanaraq plakatla şəkil çəkdirməyə başlayıb.

O, həmin vaxt ərazidə olan polis əməkdaşının tələbini yerinə yetirməyib, plakatı sökməyəcəyini deyərək tabesizlik göstərib.

Əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 510 ( xırda xuliqanlıq) və 531.1-ci (polisin qanunitələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

İnzibati xəta törədən şəxs məhkəmədə deyib ki, tanışı olan xanım ondan yaxınının ad gününə sürpriz etmək üçün "işığı söndürün həyatım tort üfürəcək" sözləri yazılmış plakat düzəltdirib "Şəfa" stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib. 

Nizami Rayon Məhkəməsinin qərarı ilə Ş.Məmmədov inzibati qaydada 10 sutka həbs edilib.

Milli.Az


Etiketlər:  İşığı söndürün həyatım tort üfürəcək yazılmış plakat asdı Həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ