Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2023 18:46
Havanın çox isti olması səbəbindən oyun zamanı ürəyi dayanan iranlı futbolçu 23 gün komada qaldıqdan sonra ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ISNA məlumat yayıb.
Abadan klubunun futbolçusu Hesam Nejad Yusifinin oyun zamanı ürəyi dayanıb. Buna havanın kəskin isti olması səbəb olub.
Stadionda təcili yardım və tibbi ləvazimatlar olmadığına görə, tibbi müdaxilə vaxtında edilməyib. Futbolçu 23 gün komada qaldıqdan sonra bu gün xəstəxanada dünyasını dəyişib.