Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2023 14:42
Arıqlayarkən ilk mərhələdə daha çox çəki atılır. Zamanla bu proses ləngiməyə başlayır. Ya yavaş-yavaş, ya da heç bir çəki itkisi yaşamadığınızın fərqinə varırsınız. Arıqlamaq hər bir insanın özünə xas baş verir. Kimi sürətli, kimisi isə bu prosesdə fasilələrlə qarşılaşa bilərlər. Bəs niyə pəhriz zamanı arıqlamaq dayanır?
Sonxeber.net Axşam.az-a istinadən pəhriz proqramına riayət etməyinizə baxmayaraq çəki vermə nisbətinin dayanma səbəblərini təqdim edir.
Səhv diyeta proqramı
Az kalorili qidalanma ilə ilk vaxtlar daha çox çəki atmaq mümkündür. Ancaq bu tip pəhriz bədənin qida ehtiyaclarını tam ödəmədiyi üçün bir müddətdən sonra maddələr mübadiləsinin sürəti azalır. Proqramı dəyişmək də çəki artımına səbəb ola bilər. Bunun üçün mütəxəssisdən yardım almağınız tövsiyə olunur.
Bədənin müqavimət göstərməsi
Pəhriz və məşq proqramınıza riayət etməyinizə baxmayaraq tərəzidə eyni rəqəmi görməyə davam edirsinizsə, bu, bədəninizin müqavimət göstərməsinə işarə edir. Bu bədənin riayət etdiyiniz proqrama özünü adaptasiya etməsindən irəli gəlir. Bunun üçün proqramda kiçik dəyişikliklər etməyə çalışın. Qəbul etdiyiniz kalorini azalda və ya məşqləri artıra bilərsiniz.
Proqramdan kənara çıxmaq
Arada fərqli və kalorili qidalar qəbul etmək motivasiyanı artıra bilər. Lakin sərhədi həddindən artıq keçdikdə geri dönüş çətin olacaq. Üstəlik düşündüyünüzdən daha çox çəki ala bilərsiniz.
Sağlam və rahat şəkildə arıqlamaq səbir tələb edən uzun bir marafondur. Bəzən yaranan kəsilmələri böhran kimi deyil, aradan qaldırıla bilinəcək vəziyyət olaraq qəbul edin.