Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2023 10:12
Həkimlər maddələr mübadiləsini pozan içkiləri açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, diyetoloqlar bəzi məşhur içkilərdən sui-istifadə etməməyi tövsiyə ediblər.
Məsələ burasındadır ki, onlar mədədə turşu istehsalına təsir göstərə, susuzlaşdıra, mədə və bağırsağın selikli qişasını zamanla tədricən incələyə, hətta müəyyən şəkildə hormonlara təsir edərək həzmsizliyə səbəb ola bilər. Belə içkilər içdikdən sonra ürəkbulanma, ürək yanması, həzmsizlik, qarın ağrısı və ya digər xoşagəlməz simptomlar yarana bilər.
Kofeinin istehlakı bəzən stress hormonlarını (kortizol, adrenalin və norepinefrin) buraxmaq qabiliyyətinə görə bədəninizdə həzm prosesini ləngidə bilər. Qəhvə həmçinin mədə turşusu istehsalını həddindən artıq stimullaşdıraraq, turşu reflü və ürək yanmasına səbəb ola bilər. Bu baxımdan acqarına qəhvə içmək qəti qadağandır.
Spirtli içkilər də həzmi poza və narahatlığa səbəb ola bilər. Qazlı içkilər də şişkinlik və ya ürək yanmasına gətirib çıxarır. Alternativ olaraq, diyetoloqlar sağlamlıq üçün faydalı ola biləcək bitki əsaslı lif və prebiyotiklərlə hazırlananları tövsiyə edirlər.
Qeyd edilir ki, enerji içkiləri tərkibində çox miqdarda şəkər olduğuna görə bağırsaqların fəaliyyətinə də mənfi təsir göstərir. Onlar həmçinin çox az qida təmin edir və tərkibində lif yoxdur.