Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışı avqustun sonlarına planlaşdırılır

“Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışı avqustun sonlarına planlaşdırılır

Tarix: 15 Avqust 2023 01:30

"Narimanfilm" kinostudiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "PASHA Holding"-in baş sponsorluğu ilə 2023-ci il avqustun 28-31 tarixlərində "Salam" BYFF-ın ikinci buraxılışını keçirməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, kinostudiya tərəfindən 2-5 sentyabr 2019-cu il tarixlərində keçirilən birinci "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalı çox böyük müvəffəqiyyətlə baş tutmuşdu. Müxtəlif ölkələrin filmlərinin nümayişi, rejissor və aktyorlarla görüşlərin keçirilməsi, filmlərin müzakirə olunması, eləcə də, Festival ərzində yeniyetmələr tərəfindən çəkilmiş qısa video çarxların ekranda nümayiş etdirilməsi qonaqlarda və iştirakçılarda xoş təəssürat yaratmış, tədbirdə iştirak edən 300-ə yaxın yeniyetmənin hər biri həmin dörd günü məmnunluq hissi ilə keçirmişdi. Bir sözlə, 11 ölkənin (Almaniya, İtaliya, Makedoniya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Xorvatiya, Hindistan, Pakistan və Azərbaycan) nümayəndələrini öz sıralarında birləşdirən Festival cəmiyyətimizin mədəni həyatında özünəməxsus yer tutmağa nail olmuş, həm Azərbaycanda, həm də digər ölkələrdə müsbət əks-səda doğurmuşdu. Bunun nəticəsi olaraq, ikinci "Salam" BYFF-da iştirak üçün "Narimanfilm"-ə həm Bakı və regionların məktəblərindən, həm də xarici ölkələrdən müraciətlər gəlməkdə davam edirdi.

Qeyd etmək istəyirik ki, "Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gənclliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır .

Yuxarıda vurğulandığı kimi 2023-ci il avqustun sonuna planlaşdırılan "Salam" BYFF-ın ikinci buraxılışında 400-ə qədər yeniyetmənin iştirakı ehtimal olunur.  Bununla yanaşı bir çox xarici ölkənin festivalda təmsil olunacağı gözlənilir. Inanırıq ki, Zirə Mədəniyyət Mərkəzində (Eko Park) baş tutacaq bu ilki Festival da iştirakçıların yaddaşında müsbət xatirələr qoyacaq, ölkəmizin mədəni gündəminə rəng qatacaqdır.

Milli.Az


Etiketlər:  Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışı avqustun sonlarına planlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ