Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 14:32
Moldova İrana qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qoşulub.
Buna Tehranın Rusiya ordusuna yardım etməsi səbəb olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarov məlumat verib.
Məlumata görə, Moldova Aİ-yə namizəd olan Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, həmçinin Avropa İqtisadi Birliyinin üzvü olan İslandiya və Lixtenşteynin ardınca Aİ-nin İrana qarşı sanksiyalarına qoşulub.
Bildirilib ki, Aİ Moldovanın bu qərarını alqışlayıb.