Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”dan yeni maraqlı funksiya - FOTO

“WhatsApp”dan yeni maraqlı funksiya - FOTO

Tarix: 16 Avqust 2023 09:36

"WhatsApp" yeni maraqlı funksiyasını işə salır. Belə ki, artıq istifadəçilər süni intellektdən istifadə edərək öz stikerlərini yarada biləcəklər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yenilik mesencerin "Android" üçün "beta" versiyasında görünüb.

Yeni funksiyaya əsasən stikerlər bölməsində "Yarat" düyməsi əlavə olunub. Onu kliklədikdən sonra istifadəçi stiker üçün mətn təsviri daxil etməlidir. "WhatsApp" süni intellektdən istifadə edərək təsvirə uyğun stikerlər dəsti yaradacaq, bundan sonra istifadəçi istədiyi stikeri seçərək onu söhbətə göndərə biləcək.

Stikerləri alan şəxs onların süni intellektdən istifadə olunmaqla yaradıldığı barədə bildiriş alacaq.
Yeniliyin "WhatsApp"ın bütün istifadəçiləri üçün nə zaman əlçatan olacağı açıqlanmayıb.

Milli.Az


Etiketlər:  WhatsAppdan yeni maraqlı funksiya FOTO


RƏYLƏR