Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barbi” bu ölkədə də qadağan olundu

“Barbi” bu ölkədə də qadağan olundu

Tarix: 16 Avqust 2023 22:00

Xəbər verdiyimiz kimi, ABŞ istehsalı olan "Barbi" filminin izlənilməsi bir çox ölkədə qadağan edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu siyahıya Əlcəzair də əlavə olunub. Belə ki, sözügedən ölkədə də ekran işinin nümayişi dayandırılıb.

Əlcəzairin Mədəniyyət və İncəsənət Nazirliyi tərəfindən kinoteatrlara dərhal filmi yayımdan geri götürmələri ilə bağlı xəbərdarlıq ünvanlanıb. Qərarın səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl homoseksuallığı təbliğ etdiyi üçün filmin Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərində izlənilməsi qadağan olunub.

Layihədə baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb.

Milli.Az


Etiketlər:  Barbi bu ölkədə qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ