Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

13 ildən sonra ''Oskar''ı əlindən alınacaq?

13 ildən sonra ''Oskar''ı əlindən alınacaq?

Tarix: 17 Avqust 2023 07:00

13 ildən sonra Hollivud ulduzu Sandra Bullokun "Oskar"ının geri alınması istənilir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, söhbət aktrisanın 2010-cu ildə "The Blind Side" biopik filmində ən yaxşı qadın roluna görə layiq görüldüyü mükafatdan gedir.

Ekran işində haqqında bəhsi gedən amerikalı futbolçu Maykl Oher bəzi hadisələrin reallıqla heç də üst-üstə düşmədiyini bildirib. Məsələn, layihədəki Tuokhi ailəsi əslində filmdə göstərildiyi kimi onu övladlığa götürmədiklərini, sadəcə onu himayə etdiklərini deyib. Maykl iddia edir ki, ailə layihədən kifayət qədər pul qazansa da, o isə heç nə əldə etməyib.

Bunun ardından tvitter izləyiciləri aktrisanın mükafata layiq olmadığı qənaətinə gəliblər. İstifadəçilər arasında filmin süjetinin yaradılmasında aktrisanın rolunun olmadığını irəli sürərək, Sandranı müdafiə edənlər də yer alıblar.


Etiketlər:  ildən sonra Oskarı əlindən alınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ