Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lalə əməliyyatlarından DANIŞDI - FOTO

Lalə əməliyyatlarından DANIŞDI - FOTO

Tarix: 18 Avqust 2023 12:40

Əməkdar artist Lalə Məmmədova açıqlamaları ilə diqqətləri üzərinə cəmləyib. 

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, sənətçi sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırıb. 

Onlardan birinin "Plastik əməliyyatdan sonra özgüvəniniz artıb?" sualına Lalənin cavabı belə olub: 

"Daxili və xarici özgüvənim hər zaman olub. Səhnə olmasaydı yəgin ki, bu dəyişimlər də olmayacaqdı. Başqa səbəb yoxdur". 

Ünvanlanan suallar arasında Məmmədova cavab verib ki, heç bir şou proqramlarda iştirak etmir: 

"Artıq son beş ildir ki, restoranlarda keçirilən şou proqramlardan imtina etmişəm. Yalnız konsertlərdə və toy məclislərində iştirak edirəm". 

Müğənni, həmçinin tezliklə yeni layihələrini təqdim edəcəyini, eyni zamanda konsert vermək niyyətində olduğunu da vurğulayıb. 


Etiketlər:  Lalə əməliyyatlarından DANIŞDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ