Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Turan Tovuz" Qərb derbisində qələbə qazandı

Tarix: 18 Avqust 2023 19:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qərb derbisində "Kəpəz" Turan Tovuz"u qəbul edib.

Gəncə şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın heyətində 18-ci dəqiqədə Martin Petkov, 21-ci dəqiqədə isə Belajdi Pusi fərqlənib.

Tovuz klubu bu nəticədən sonra 6-cı xalını qazanıb və lider "Zirə"yə çatıb. "Kəpəz" isə 3 xalla altıncı sıradadır.

Qeyd edək ki, III turun "Qəbələ" - "Sumqayıt" və "Səbail" - "Zirə" oyunları avqustun 19-da, "Qarabağ" - "Araz-Naxçıvan", "Sabah" - "Neftçi" görüşləri isə avqustun 20-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Turan Tovuz Qərb derbisində qələbə qazandı


RƏYLƏR