Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanalizasiyaya ekskursiya 5 nəfərin həyatına son qoydu

Kanalizasiyaya ekskursiya 5 nəfərin həyatına son qoydu

Tarix: 21 Avqust 2023 22:38

Moskva şəhərinin altındakı su-kanal sisteminə qanunsuz ekskursiya zamanı 5 nəfər ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ehtimal olunur ki, onları Moskvada güclü leysan zamanı su axını aparıb, çünki leysandan sonra qrupla əlaqə kəsilib və itkin düşənlərin yaxınları polisə müraciət edib.

Ölənlərin meyiti Moskva çayından götürülüb. Bununla belə, ekskursiyada neçə nəfərin iştirak etdiyi məlum deyil.

Milli.Az


Etiketlər:  Kanalizasiyaya ekskursiya 5 nəfərin həyatına son qoydu


RƏYLƏR