Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2023 15:18
Çikaqolu qadın ABŞ-ın sabiq prezidenti Donald Tramp və oğlu Barronu güllələyəcəyi ilə bağlı elektron poçtla hədə dolu məktublar göndərməkdə ittiham olunaraq həbs edilib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin bəyanatına görə, 41 yaşlı Treysi Mari Fiorensa may ayında elektron poçtla məktub göndərərək ilk fürsətdə "Tramp və oğlunu güllələməklə" hədələyib. Qadın iyun ayında da daha bir oxşar təhdid məktubu göndərib.
Ədliyyə Nazirliyinin əməkdaşları iyunun 14-də şübhəlini dindiriblər. Nəticədə onlar materialları baxılmaq üçün Florida Əyalət Məhkəməsinə göndəriblər. T.M.Fiorensa məhkəmədə ifadə vermək üçün hakim qarşısına çıxarılacaq.