Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MÜJDƏ: 2026-da xərçəngə qarşı yeni dərmanlar... - FOTO

MÜJDƏ: 2026-da xərçəngə qarşı yeni dərmanlar... - FOTO

Tarix: 23 Avqust 2023 23:33

COVİD-19-a qarşı hazırladığı peyvəndlə dünyada tanınan "BioNTech" şirkəti uzun müddətdir üzərində çalışdığı xərçəng müalicəsində irəliləyişlər əldə etdiklərini elan edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şirkətin qurucularından olan professor Uğur Şahin bəzi xərçəng növlərinə qarşı hazırladıqları dərmanların 2026-cı ildən etibarən bazara çıxarılacağını bildirib.

"Frankfurter Allgemeine Zeitung" qəzetinə danışan Uğur Şahinin sözlərinə görə, bəzi xərçəng növlərinə qarşı inkişaf etdirdikləri dərmanların bir neçə il sonra qeydiyyat prosesi tamamlanacaq.

O, yoğun bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənginə qarşı üzərində işlədikləri dərmanların perspektivli olduğunu bildirib.

"Bu tədqiqatlar uğurlu olarsa, dərmanların satışı 2026-cı ildən etibarən mümkün olacaq. Eyni zamanda xərçənglə mübarizə üçün hazırlanan dərmanların 10 il ərzində kimyaterapiyanın yerinə keçməsi gözlənilir. Dərmanlar xərçəngə qarşı bədənin öz müdafiə reaksiyasını gücləndirmək məqsədi daşıyır", - deyən türkiyəli professor pandemiyadan sonra işinin 80 faizini xərçənglə mübarizəyə həsr etdiyini əlavə edib.

Xatırladaq ki, "Biontech"in həmtəsisçiləri Uğur Şahin və həyat yoldaşı Özlem Türeci keçən il mRNA texnologiyasına əsaslanan xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl hazır ola biləcəyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  MÜJDƏ 2026 da xərçəngə qarşı yeni dərmanlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ