Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Liqası: “Qarabağ” Sloveniyada inamlı qələbə qazandı - YENİLƏNDİ

Avropa Liqası:  “Qarabağ” Sloveniyada inamlı qələbə qazandı - YENİLƏNDİ

Tarix: 25 Avqust 2023 00:02

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniya klubu "Olimpiya"nın qonağı olub.

"Stojitse" stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, "Qarabağ" 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az


Etiketlər:  Avropa Liqası Qarabağ Sloveniyada inamlı qələbə qazandı YENİLƏNDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ