Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vaqner”ə yeni rəhbər təyin edildi

“Vaqner”ə yeni rəhbər təyin edildi

Tarix: 26 Avqust 2023 08:30

Təsdiqlənməmiş məlumatlara görə, Viktor But "Vaqner"in yeni rəhbəri təyin edilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Bez Tormozov" məlumat yayıb.

Qeyd edək ki, silah baronu kimi məşhur olan Viktor But ABŞ-da həbs edilmişdi.

Viktor But 1967-ci il yanvarın 13-də Düşənbədə anadan olub. SSRİ Müdafiə Nazirliyinin Qırmızı Bayraqlı Hərbi İnstitutunu bitirib və hərbi tərcüməçi ixtisası alıb, sonra hərbi-nəqliyyat aviasiya alayına daxil olub, Afrika ölkələrində çalışıb, Mozambikdə Sovet İttifaqının hərbi missiyasında tərcüməçi kimi çalışıb.

2022-ci ilin dekabrında Viktor But Rusiyada narkotik saxlama və qaçaqmalçılıqda ittiham olunan ABŞ vətəndaşı, basketbolçu Brittni Qraynerlə dəyişdirilib.


Etiketlər:  Vaqnerə yeni rəhbər təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ