Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 23:16
Reper Nikki Minaj onunla bağlı yalan xəbərlər yayan şəxsi polisə şikayət edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi onunl və ailəsi ilə uğursuz zarafat edən şəxsdən şikayətçi olub.
Bir neçə ay əvvəl anonim bir şəxs Los-Anceles polisinə zəng edərək Nikinin öz oğlunu təhqir etməsindən şikayət edib. Hüquq-mühafizə orqanları Minajı ziyarət edərkən, şübhəli heç nə tapmayıblar. Ardınca daha bir şikayət gəlib. Bu dəfə məşhurun evində yanğın baş verdiyi iddia olunub. Bu dəfə də xəbərin yalan olduğu təsdiqlənib.
Bunun ardından Niki işləri öz öhdəsinə götürərək, həmin şəxsin tapılması üçün lazımi orqanlara müraciət edib. Həmin şəxsin Stefani Bell adlı bir qız olduğu ortaya çıxıb.
Nikki Minaj sosial şəbəkə hesablarında hadisənin günahkarını tapmaqda göstərdiyi köməyə görə polisə təşəkkürünü bildirib.