Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı güzəştə getmir: təzyiqə dözəcəkmi? – İsgəndəryan

Bakı güzəştə getmir: təzyiqə dözəcəkmi? – İsgəndəryan

Tarix: 31 Avqust 2023 11:12

Situasiya müxtəlif cür inkişaf edə bilər: bu, təzyiqin necə göstəriləcəyindən və Azərbaycanın nəyə hazır olmasından, nəyə hazır olmamasından asılıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan erməni mediasına açıqlamasında deyib.

Onun fikrincə, vəziyyətin inkişafının birinci variantı ondan ibarətdir ki, Azərbaycan heç bir tərəfdən (Laçın və Ağdam yolları - red.) humanitar yardıma icazə verməyəcək və Avropanın artan təzyiqi ilə vəziyyət təxminən indiki kimi qalacaq.

İsgəndəryan qeyd edib ki, Ermənistana və "Qarabağ"a da qapalı formada təzyiq edildiyi şübhəsizdir, ancaq hazırda açıq təzyiq Azərbaycanadır:

"Fransadan gələn humanitar yük nə deməkdir? Bu, sadəcə, hansısa ictimai təşkilat deyil, burda siyasi kontekst var. Digər tərəfdən, Azərbaycanın necə reaksiya verdiyini görmək olar. İnsanların həbsi və saxlanması da təsadüfi deyil".

O, Bakının vasitəçi qəbul etməyə hazır olduğuna şübhə etdiyini bildirib:

"Çünki Bakının konsensus və güzəşt etmək fikri yoxdur".

İsgəndəryan ikinci variant kimi hər iki yolun açıla biləcəyini qeyd edib:

"Ancaq burda da altvariantlar var: yollar hansı formada açılacaq, hansı müddətə, hansı müddətdən sonra bağlanacaq, bu, sadə keçid olacaq, yoxsa təchizat fürsəti yaradacaq.

Təsəvvür etmək çətindir ki, azərbaycanlılar Ağdamdan keçid olmadan Laçından yük göndərməyə razılaşsınlar. Düşünmürəm ki, bunu edəcəklər".

O, vəziyyətin həddən artıq mürəkkəb olduğunu və hansısa ciddi addımlar atılacağını ehtimal etməyə çətinlik çəkdiyini vurğulayıb:

"Buna baxmayaraq, bu, akt deyil, prosesdir, bu çərçivədə Qarabağda ermənilər yaşayır və hələ də orda Azərbaycan hakimiyyəti yoxdur".

Milli.Az


Etiketlər:  Bakı güzəştə getmir təzyiqə dözəcəkmi İsgəndəryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ