Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürpriz qərar: Ukraynanın müdafiə naziri postu türkə tapşırılır

Sürpriz qərar: Ukraynanın müdafiə naziri postu türkə tapşırılır

Tarix: 3 Sentyabr 2023 15:02

Gələn həftə Ukraynanın müdafiə naziri Aleksey Reznikov əvəzlənə bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Ukrayna Pravda" qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Reznikovun yerinə Ukrayna Dövlət Əmlak Fondunun hazırkı rəhbəri Rüstəm Umerovun təyin edilməsi planlaşdırılır.

Mümkün namizədin adının gələn həftə Ali Radaya təqdim ediləcəyi bildirilir.

Bundan əvvəl ukraynalı deputat Yaroslav Jeleznyak Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsindən danışıb. Onun sözlərinə görə, hazırkı müdafiə naziri Aleksey Reznikov böyük ehtimalla Böyük Britaniyaya səfir təyin olunacaq, Müdafiə Nazirliyinə isə Rüstəm Umerov rəhbərlik edəcək. Jeleznyak vurğulayıb ki, artıq səfirliklərə Müdafiə Nazirliyinin rəhbərinin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq olunub.

Rüstəm Umerov türk-tatar əsillidir. 1982-ci il aprelin 19-da Özbəkistanın Səmərqənd şəhərində (Bulunqur) anadan olub. IX çağırış Ukrayna parlementinin deputatı, Krım Tatar Məclisinin sədri Mustafa Cəmilovun müşaviridir. Hazırda Dövlət Əmlak Fonduna rəhbərlik edir.

Milli.Az


Etiketlər:  Sürpriz qərar Ukraynanın müdafiə naziri postu türkə tapşırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ