Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Silahlı Qüvvələrimiz istənilən çağırışa hazır olmalıdır - Tokayev

Silahlı Qüvvələrimiz istənilən çağırışa hazır olmalıdır - Tokayev

Tarix: 5 Sentyabr 2023 15:54

Silahlı Qüvvələrimiz istənilən çağırışa hazır olmalıdır.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım - Jomart Tokayev, ölkənin cənub-şərqində 8 min əsgərin iştirakı ilə keçirilən "Batıl Toytarıs-2023" strateji hərbi təlimində deyib.

Tokayev çıxışında bu cür hərbi təlimlərin ölkəsinin geosiyasi mövqeyi üçün əhəmiyyətini vurğulayaraq, müdafiə sistemlərində sürətli dəyişikliklərə diqqət çəkib.

"Müasir döyüş üsulları və texnikaları, xüsusən də hibrid müharibələr geniş vüsət alır. Hücumlar təkcə hərbi deyil, həm də informasiya, psixoloji, siyasi, iqtisadi və digər xarakterli ola bilər. Ona görə də Qazaxıstan Silahlı Qüvvələri istənilən çağırışa hazır olmalıdır. Bu, ordunun əsas şərtidir",- deyə prezident bildirib.

Tokayev qeyd edib ki, ordunun yüksək texnologiyalı silahlarla təchiz edilməsi vacibdir. Xalqa son müraciətimdə müdafiə sənayesi sektorunun lokallaşdırılmasını qarşıma məqsəd qoydum. Zirehli texnikalar, pilotsuz uçuş aparatları, müasir yüngül silahlar - bunların hamısını biz öz ölkəmizdə istehsal edə bilərik və etməliyik.

Milli.Az


Etiketlər:  Silahlı Qüvvələrimiz istənilən çağırışa hazır olmalıdır Tokayev


RƏYLƏR