Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

16 yaşlı qız məktəb adı ilə evdən çıxdı, sevgilisinə qoşulub... - ŞOK OLAY

16 yaşlı qız məktəb adı ilə evdən çıxdı, sevgilisinə qoşulub... - ŞOK OLAY

Tarix: 5 Sentyabr 2023 23:08

Moskva vilayətində məktəb adı ilə evdən çıxan 16 yaşlı qız itkin düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Krasnoqorsk şəhərində baş verib.

Məlumata görə, 16 yaşlı məktəbli sevgilisi ilə evlənmək üçün evdən qaçıb. Qaçmazdan az əvvəl o, kiçik bacısını uşaq bağçasına aparıb və özü "məktəbə gedib". Ancaq bir neçə saatdan sonra o, anasına mesaj yazaraq evə qayıtmayacağını bildirib.

Məktəbli qızın sözlərinə görə, sevgilisi hazırda birlikdə yaşadıqları mənzili kirayələyib. Qız toya hazırlaşdıqlarını deyib.

Qızının otağına baxış keçirən ana onun paltarının, noutbukunun, planşetinin və nağd pulunun olmadığını aşkar edib. Qadın polisə müraciət edib.

Hazırda polis qızın axtarışlarına başlayıb və nişanlısının kimliyi müəyyənləşdirilir.

Milli.Az


Etiketlər:  16 yaşlı qız məktəb adı ilə evdən çıxdı sevgilisinə qoşulub ŞOK OLAY


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ