Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərsinə A hərfi - Başlanacaq yeni müharibənin simvolu, yoxsa... - MƏNASI NƏDİR? - FOTO

Tərsinə A hərfi - Başlanacaq yeni müharibənin simvolu, yoxsa... - MƏNASI NƏDİR? - FOTO

Tarix: 8 Sentyabr 2023 13:06

Azərbaycan ordusunun hərbi texnikasının üzərində tərs "A" hərfi yazıldığını deyən ermənilər qorxuya düşüb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu sosial media platformalarında həyəcanla paylaşırlar.

Belə ki, ermənilər tərs "A" hərfini xəritə üzərində çəkərək Zəngəzur dəhlizi ərazisinə düşdüyünü ifadə edirlər. Onlar bunu Azərbaycan tərəfinin qələbə simvolu kimi görürlər.

Qeyd edək ki, belə bir görüntülər rəsmi şəkildə yayılmayıb.

Xatırladaq ki, son günlər Ermənistan tərəfi dəfələrlə təxribat xarakterli hərəkətlərə yol verir, Azərbaycan ordusu bunun qarşılığında cavab tədbirləri görür.

Rəsmi İrəvan gərginliyi artıracaq addımlar atır və iki ölkə arasında gedən sülh danışıqlarını əngəlləyir.

Milli.Az


Etiketlər:  Tərsinə A hərfi Başlanacaq yeni müharibənin simvolu yoxsa MƏNASI NƏDİR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ