Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2023 11:50
Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub. O, orta məktəbi burada oxuyub və burada da boya-başa çatıb.
Rayon təbiətinin əsrarəngizliyindən söz açan müsahib bildirir ki, qohumları, ailə üzvləri hamısı Xocalıda doğulub, böyüyüb, yaşayıblar.
Valeh Hüseynov deyir ki, Xocalıda heç vaxt ermənilər olmayıb, tarix böyu burada azərbaycanlılar yaşayıb.
Müsahib deyir ki, Xocalı ermənilər tərəfindən işğal olunandan sonra əzəli yurdlarından uzaq düşüblər. Xocalı soyqırımı zamanı iyirmi yeddi gün erməni girovluğunda qalan Valeh Hüseynov əzab-əziyyətlərə və olmazın işgəncələrə məruz qalıb.
Xocalı Azərbaycanın əzəli torpağı, qədim yurd yeridir. Ermənilər nə qədər beynəlxalq ictimaiyyəti aldatmağa çalışsalar da tarix öz sözünü deyir.
Sonxeber.net Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: