Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2023 20:02
Yakutiyanın Anabar bölgəsindəki Mayat almaz mədənində son 10 ilin ən böyük qiymətli daşı hasil edilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mədəni "ALROSA"nın törəmə şirkəti "Almazı Anabara" işlədir.
Məlumata görə, daşın çəkisi 390,7 karatdır.
Qeyd olunur ki, tapılan almaz qeyri-standart formalı açıq kristal olub, sarı-qəhvəyi çərçivə ilə haşiyələnir. O, kütlə, forma və rənginə görə unikaldır.
Bundan əvvəl, 401 karat ağırlığında ən böyük qiymətli almaz on il əvvəl, 2013-cü ildə tapılmışdı.