Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağamirzədən Baləlinin bahalı maşın almasına reaksiya: "Hədiyyə ancaq qadın müğənnilər üçündür"

Ağamirzədən Baləlinin bahalı maşın almasına reaksiya:

Tarix: 14 Sentyabr 2023 16:20

"Baləlinin maşın almağından xəbərim yoxdur. Mübarəkdir, sağlığına qismət olsun".
 
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında meyxana ifaçısı Ağamirzə həmkarı Baləlinin 255 min manatlıq avtomobilindən danışarkən deyib.

Baləli özünə 250 minlik avtomobil aldı - VİDEO

Ağamirzə Baləlinin hazırda həbsdə olan Rəşad Dağlının ailəsinə ciddi dəstək olduğunu bildirib: "Cavandır, xeyirxah adamdır, Rəşada necə dəstək olur?! Rəşadın övladlarına əl tutur, Allah onu qorusun. Bizim dövrün meyxanaçılarında maşın sürməyə həvəs yox idi. Elə indi də, həftələrlə maşını qarajdan çıxartmıram". 

"Səhnəyə təzə gələn meyxanaçı 255 min manata maşını necə ala bilər" sualına cavab olaraq Ağamirzə deyib ki, ağlı başında olan hər kəs ala bilər:

"Borcla, kreditlə də olsa, alırlar. Təki zir-zibillərdən, pis işlərdən uzaq olsunlar. Maşınları, evləri, bağları olsun ki, başqa şeyə vaxt ayırmasınlar.  Meyxanaçaıya kim bahalı hədiyyə edər? Hədiyyə ancaq qadın müğənnilər üçündür". 

Qeyd edək ki, meyxanaçı Baləli özünə lüks avtomobil alıb. Onun idarə etdiyi BMW X7-nin 2023-cü il model avtomobilinin qiyməti 255 min manatdır. 

Milli.Az


Etiketlər:  Ağamirzədən Baləlinin bahalı maşın almasına reaksiya Hədiyyə ancaq qadın müğənnilər üçündür


RƏYLƏR