Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Putinin təklifindən imtina edib? - Bayraqdar

Türkiyə Putinin təklifindən imtina edib? - Bayraqdar

Tarix: 15 Sentyabr 2023 16:22

Türkiyə və Rusiya Vladimir Putinin təklif etdiyi respublikada qaz qovşağının yaradılması ilə bağlı danışıqları təxirə salmayıb, əksinə, davam etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.

"Bizə bu qaz ticarət platforması təklif edildikdən sonra zəlzələ və seçki oldu. Beləliklə, bir növ pauza dövrü idi, amma indi biz yenidən danışıqlar aparırıq. Əgər daha çox qaz əldə etmək, oyuna daha çox oyunçu cəlb etmək istəyiriksə, o zaman bəlkə yeni birja daha mənalı ola bilər. Qaz ticarəti üçün əlavə platforma yaradılmasının əleyhinə deyilik. Amma indi işləyən qaz ticarət platformamız varsa, o zaman bu ticarət əməliyyatına başlamaq üçün daha bir il gözləməyə ehtiyac yoxdur", - o bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə Putinin təklifindən imtina edib Bayraqdar


RƏYLƏR