Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Telegram”da pul kisəsi olacaq

“Telegram”da pul kisəsi olacaq

Tarix: 16 Sentyabr 2023 09:04

Noyabr ayından etibarən pul kisəsi funksiyası "Telegram" parametrlərində görünəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə mesencerin yaradıcısı Pavel Durov öz kanalında məlumat verib.

O, açıqlamasında bildirib ki, kripto pul kisəsinin tətbiqə inteqrasiyası tərtibatçılara mesencerə yüzlərlə yeni faydalı funksiya əlavə etməyə imkan verəcək.

Qeyd edək ki, "Wallet" kripto pul kisəsi funksiyası ilk dəfə 2022-ci ilin yanvarında "Telegram" istifadəçiləri üçün əlçatan olub. Mesencerin noyabr yeniləməsindən sonra yenilik ABŞ və bəzi digər ölkələrdən kənarda olan hər bir istifadəçinin parametrlərində görünəcək.


Etiketlər:  Telegramda kisəsi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ