Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BƏDBƏXT HADİSƏ: Dörd yaşlı uşaq eskalatorda qaldı

BƏDBƏXT HADİSƏ: Dörd yaşlı uşaq eskalatorda qaldı

Tarix: 16 Sentyabr 2023 23:28

Moskva yaxınlığındakı "Şokolad" ticarət mərkəzində eskalator dörd yaşlı qızın barmaqlarını qoparıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, valideynlərindən qabağa qaçıb və eskalatorun üzərində olarkən büdrəyib. Uşağın sol əlinin barmaqları hərəkət edən pillələrin arasında qalıb.

Valideynlər azyaşlını xilas edə bilsələr də, onun zədəsi ciddi olub. Belə ki, həkimlər qızın üç barmağını amputasiya etməli olublar.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az


Etiketlər:  BƏDBƏXT HADİSƏ Dörd yaşlı uşaq eskalatorda qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ